Xəbər Lenti
Dün, 07:55
Məhəmməd Musayev – işinin peşəkarı, dövlətə sədaqət andı və əsl vətəndaş mövqeyinin simvoludur
9-03-2026, 08:52
Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Ordumuz Gürcüstanda təlimdə iştirak edir
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
İlkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit - 2025”in hava desant birliklərinə aid komponenti isə qardaş ölkə Türkiyədə icra olunub.
Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.























































