Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Metroda doğulan körpənin vəziyyəti - Açıqlandı

Avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gələn və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan yenidoğulmuşun səhhətində müsbət dinamika müşahidə olunur.
Bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib:
“Vəziyyətində yaxşılaşma müşahidə olunur. Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır.
Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir”.
Qeyd edək ki, saat 07:40 radələrində çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib. Doğuş edən qadın və körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə biləcək.





















































