Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Onlar üçün xüsusi güzəştlər olacaq

“Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunmasına nail olmuşuq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Elkiyar Ziyadov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu məqsədlə e-ahik.az (Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi) istifadəyə verilib: “2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 1.5 dəfə çoxdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı icra olunur”.
E. Ziyadov, həmçinin bildirib ki, “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər də olacaq.
Fidan Etibar





















































