Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Razi Nurullayevə atılan "çamur"
Şəhidimizi təhqir etdiyi üçün əvvəllər işindən çıxarılan Tural Müseyibov adlı rekert bir jurnalist indi deputat Razi Nurullayevə qarşı sosial platformalarda sifarişli və təxribat xarakterli yazılar yayır. Bu cür saxta xəbərlər heç bir fakta əsaslanmır və ictimai rəyin çaşdırılması məqsədi daşıyır.
Qərar verdim ki, bu şəxsi diqqətlə araşdırım. Bir neçə videosuna baxdım və açıq şəkildə gördüm ki, onun çəkdikləri və senariləri təhlükəli niyyətləri ortaya qoyur - potensial Qabil xisləti ilə doludur. Belə sapı özümüzdən olan baltalar hər fürsətdə ölkəmiz əleyhinə təxribatlar hazırlamağa hazırdır. Bu cür şəxslərin qarşısı zamanında alınmalıdır. Bu gün gücü bir deputata çatır, sabah isə ölkədən çıxıb getsə daha yüksək postlara dil uzatmağa cəhd edə bilər.
Unutmayın: hər bir böhtan kompaniyası deputatın fəaliyyətini gözdən salmaq istəyən qərəzli qüvvələrin əlində alətə çevrilir. İctimaiyyət yalnız faktlara, açıq mənbələrə və həqiqətə etibar etməlidir.
Öncədən öyrədilmiş iki nəfərin əsassız və qərəzli müsahibəsinə görə, uzun illər xalqın sözünü deyən və problemlərin arxasınca gedən deputata qarşı haqsızlıq etmək yolverilməzdir.
Biz, Milli Cəbhə Partiyası - MCP olaraq, bu cür qərəzli və əsassız yazılara qarşı hüquqi addımlar atmaqda qətiyyətliyik. Haqq-ədalət və düzgünlük hər zaman önəmlidir. Saxta xəbərlərin, saxta jurnalistlərin cəmiyyətdə yeri yoxdur və olmayacaq!
sabahinfo.az





















































