Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Alyaskaya “СССР” yazılı köynəkdə getməsindən danışdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskadakı sammitdən əvvəl Ankoric şəhərinə üzərində “СССР” yazılı köynəkdə getməsinə aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, Lavrov bu barədə “NBC” telekanalına müsahibəsində danışıb.
Jurnalist Lavrovdan Alyaskaya həmin köynəklə gəlməklə Sovet İttifaqını bərpa etmək istəyini nümayiş etdirmək istəyib-istəmədiyini soruşub.
Rusiyanın XİN rəhbəri isə suala belə cavab verib: “Xeyr. Biz Sovet İttifaqında doğulmuşuq. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə deyib ki, SSRİ-nin süqutuna təəssüf etməyənin ürəyi yoxdur. Amma, onun bərpa edilməsini istəyənin ağlı yoxdur. Bu, tamamilə düzgün deyimdir. İnsan öz köklərini bilməli, keçmişlə bağlı gənclik illəri, dostlar və ilk sevgi kimi xatirələrini qorumalıdır”.
Lavrov, həmçinin vurğulayıb ki, Rusiya bütün keçmiş sovet respublikalarını müasir suveren dövlətlər olaraq tanıyıb.
Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçirilib. Rusiya mediasında görüşdən əvvəl Lavrovun Ankoricdə hotelə üzərində “СССР” yazan köynəklə gəlməsinin görüntüləri yayılmışdı.





















































