“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
“Rusiya rəsmilərinin reaksiyası ölkəmizdə təəssüf doğurdu”
“Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır. Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü.
Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi. Enişdən sonra qəza baş verdi. Bəzi sərnişinlər sağ qaldı, bizdə ifadə verənlər var. Təyyarədə olan, gövdəyə daxil olan qəlpələrdən yaralanan iki nəfər var. Təyyarənin qalıqları da var və mən dərhal heyəti oraya göndərdim. Uzaq deyil, uçuş cəmi 40 dəqiqədir. Komandamız dərhal oraya getdi və hər şeyi lentə aldı. İnternetdə tapa bilərsiniz. Bütün gövdədə qəlpə dəlikləri var idi. O, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Beləliklə, ilk növbədə, təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi”, - İlham Əliyev vurğulayıb.























































