Xəbər Lenti
Milli Məclisin xüsusi iclası keçiriləcək
Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.
S. Qafarova müraciəti nəzərə alaraq, növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, sentyabrın 9-u Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.