Menu
Xəbər Lenti
Güclü külək əsir
Dün, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
Dün, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

05 Eyl 11:48Manşet / Siyasət

Prezident yol təmirinə 2 milyon manat ayırdı

prezident-yol-temirine-2-milyon-manat-ayirdi

Prezident İlham Əliyev avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl-Topalhəsənli-Şəhriyar (8 km)-Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.