Qurban Qurbanovun 21 illik rekordunu qırdı qurban-qurbanovun-21-illik-rekordunu-qirdi
Bu gün hamımızın sevimlisi, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil Cəfərovun doğum günüdür
“Apple” həmin məhsulunu Avropada sata bilməyəcək
“Apple”a yeni “AirPod”larını Avropada satmaq qadağan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “MacRumors” sənaye nəşri məlumat yayıb.
Belə ki, “AirPods Pro 3”də indi “Canlı tərcümə” funksiyası var ki, bu da söhbət tərəfdaşınızın nitqini yazmağa və onu istifadəçinin dilinə tərcümə etməyə imkan verir.
Nəşrin müəllifləri yeni variantın Avropa İttifaqında (Aİ) işləməyəcəyini öyrəniblər. Bildirilir ki, istifadəçi Aİ-də qeydiyyatdan keçibsə və ya bu regionla əlaqəli hesaba malikdirsə, “Canlı tərcümə”ni cihazda aktivləşdirmək mümkün olmayacaq.
“MacRumors”un müəlliflərinin fikrincə, yeni funksiya istifadəçilərin dinləmələri ilə bağlıdır, yəni nəzəri cəhətdən o, Avropa qanun və qaydalarını poza bilər.
Yazıda bildirilir ki, yeni funksiya daha sonra, Avropa tənzimləyiciləri onun Aİ vətəndaşlarının məxfiliyini pozmadığına əmin olduqdan sonra işə salına bilər.
Məlumata görə, “Canlı tərcümə” köhnə “Apple” qulaqlıqlarında – “AirPods Pro 2” və “AirPods 4” modellərində də mümkün olacaq.