Xəbər Lenti
29-08-2026, 12:00
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
27-08-2026, 11:31
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
Sumqayıtda qadın qətlə yetirildi

Sumqayıtda qətl hadisəsi baş verib.
“Qafqazinfo” “Sumqayit24.az”a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, İlkin Şakir oğlu Atakişiyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Yeganə Bəxtiyar qızı Atakişiyevanı qətlə yetirib, daha sonra isə özünə qəsd edib.
Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır.






















































