Menu
Xəbər Lenti
Ulduz yox, meteor yağacaq
13-10-2026, 08:33

Ulduz yox, meteor yağacaq

27 Eyl 09:24Manşet / Kriminal

Ürək əməliyyatı keçirmiş kişi öldürüldü - Kürəkəni saxlanıldı

urek-emeliyyati-kecirmis-kisi-olduruldu

Sentyabrın 25-də Xaçmaz rayonunun Mürşüdoba kəndində qətl hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı Xudat şəhər sakini, 1973-cü il təvəllüdlü İlham Hüseynov öldürülüb. 

Polis və prokurorluq əməkdaşları tərəfindən müəyyən edilib ki, ölüm faktı mübahisə zəminində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Orxan Hacıbəlyev qayınatası İlham Hüseynovun sinə nahiyəsinə yumruq zərbəsi endirib. Aldığı xəsarət nəticəsində ürək əməliyyatı keçirmiş İ.Hüseynov hadisə yerində ölüb.

O.Hacıbəlyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. 

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.