Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

04 Ekm 10:31Manşet / Gündəm / Dünya

İsrail Trampın planının dərhal icrasına başladığını elan etdi

israil-trampin-planinin-derhal-icrasina-basladigini-elan-etdi

HƏMAS sülh danışıqlarına hazır olduğunu bəyan etdikdən sonra İsrail ABŞ Prezidenti Donald Trampın Qəzzada girovları azad etmək planını dərhal həyata keçirməyə çalışır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.

“HƏMAS-ın reaksiyası fonunda İsrail Trampın bütün girovları azad etmək planının birinci mərhələsini dərhal həyata keçirməyə hazırlaşır. Biz Prezident Trampın baxışlarına və İsrailin qeyd etdiyi prinsiplərə uyğun olaraq müharibəni bitirmək üçün prezident və onun komandası ilə tam əməkdaşlıq şəraitində işləməyə davam edəcəyik”, - bəyanatda deyilir.

Bundan başqa, İsrail mediası ölkənin siyasi eşelonun hərbçilərə Qəzzada hücum fəaliyyətini dayandırmağı tapşırdığını yazır.

Xatırladaq ki, bundan əvvəl ABŞ lideri Fələstinin HƏMAS qruplaşmasının sülhü bərqərar etməyə hazır olması səbəbindən İsraildən Qəzzanı bombalamağı dərhal dayandırmağı tələb etmişdi.