Menu
Xəbər Lenti
Millimiz Fransaya qarşı
30-05-2026, 12:20

Millimiz Fransaya qarşı

Azərbaycan nefti ucuzlaşdı
29-05-2026, 09:12

Azərbaycan nefti ucuzlaşdı

07 Kas 08:19Manşet / Gündəm / Kriminal

Rusiya ordusuna qoşulan lənkəranlı - Ukraynaya əsir düşdü

rusiya-ordusuna-qosulan-lenkeranli

Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfinə əsir düşən azərbaycanlının görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial mediada yayılan videoda Lənkəran sakini olduğunu bildirən Orazjanzadə Şahmar Aqoyli oğlu müharibəyə Rusiya ordusu tərəfindən qatıldığını deyib.

Əslən Boladi kəndindən olduğunu bildirən 1993-cü il təvəllüdlü şəxs Rusiyada cinayət törətdiyini və həbsdə olarkən orduya qoşulduğunu, orada təlimlərə cəlb edildiyini, daha sonra isə müharibə bölgəsinə aparıldığını bildirib.

Şahmar öz istəyi ilə Ukrayna tərəfinə əsir düşdüyünü deyib. O, pul qazanmaq üçün müharibəyə qatıldığını, lakin digər şəxslərə bunu nümunə götürməməyi məsləhət görüb.

Qeyd edək ki, müharibədə əsir düşən həmyerlimizin daha əvvəl Azərbaycanda da cinayət törətdiyi iddia edilib.