Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
BBC Trampdan üzr istədi

BBC ABŞ Prezidenti Donald Trampdan 6 yanvar 2021-ci il nitqinin “Panorama” proqramında yanlış montaj edilməsinə görə üzr istəyib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, montaj nitqin müxtəlif hissələrini birləşdirərək, Trampın “zorakılığa çağırış etdiyi” təəssüratı yaratmışdı.
BBC həmin buraxılışın yenidən yayımlanmayacağını açıqlayıb.
Lakin korporasiya Trampın 1 milyard dollarlıq kompensasiya tələbinə “hüquqi əsas yoxdur” deyərək imtina edib.
BBC bildirib ki, proqram ABŞ-də yayımlanmayıb, montaj qəsdən edilməyib və Trampa zərər vurmayıb.
Qalmaqal BBC-nin baş direktoru Tim Deivinin və xəbər rəhbəri Debora Törnessin istefası ilə nəticələnib.
Tramp isə BBC-ni sistemli şəkildə təhrif və nüfuzdan salma cəhdində ittiham edir. BBC məsələ ilə bağlı əlavə araşdırma aparıldığını bildirib.























































