Menu
Xəbər Lenti
11 istiqamətdə tıxac var
9-01-2026, 07:25

11 istiqamətdə tıxac var

Putinlə danışmaq istəyir
7-01-2026, 05:17

Putinlə danışmaq istəyir

18 Kas 08:45Manşet / Gündəm / Sosial

Bakıda 15 yaşlı yeniyetmə öldürüldü - 14 yaşlı oğlan saxlanıldı-Yenilənib

 

Noyabrın 17-si axşam saatlarında Yasamal ərazisində qətl hadisəsi olub.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

“Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb. Araşdırmalar davam etdirilir”, - məlumatda vurğulanıb.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 18:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış qeydə alınıb:

“Çağırış ünvana dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxs (kişi) sol budun aşağı üçdə bir hissəsinin kəsilmiş - deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan yeniyetmənin göstərilən reanimasiya tədbirləri və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 22:00 radələrində ölüm faktı qeydə alınıb”.