“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
İlk dəfə bu asteroiddə canlılar üçün enerji mənbəyi tapıldı

NASA “Bennu” asteroidindən gətirilən kosmik nümunələrdə ilk dəfə olaraq canlıların enerji mənbəyi olan qlükoza və genetik məlumat üçün vacib olan riboz şəkərini aşkar edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu kəşf həyatın əsas quruluş elementlərinin kainatda geniş yayıldığını sübut edərək, digər planetlərdə həyat axtarışına ümidləri artırır.
Alimlər “Bennu” asteroidindən gətirilmiş və Dünya atmosferi ilə heç təmas etməmiş təmiz daş tozlarını analiz ediblər. Nəticələr inanılmaz olub: həyatın başlanması üçün zəruri olan əsas kimyəvi maddələr – şəkərlər tapılıb.
Genetik məlumatı daşıyan və ilkin həyatın əsasını təşkil etdiyi düşünülən RNA molekulunun tərkibindəki ribozla yanaşı, qlükoza da ilk dəfə bir asteroiddə müəyyən edilib.
NASA mütəxəssisləri hesab edir ki, belə həyat üçün vacib xammallar erkən Günəş sistemi boyunca mövcud olub. Bu da Mars və ya Yupiterin buzlu peyklərində belə həyatın ilkin toxumlarının ola biləcəyini göstərir.
“Bennu” asteroidindən yalnız şəkərlər deyil, əvvəllər heç bir kosmik daşda rast gəlinməmiş, “kosmik saqqız” adlanan polimerə bənzər qəribə maddə də tapılıb. Bu maddənin Yer üzündə həyatın yaranmasına zəmin hazırlayan qədim kimyəvi bir element ola biləcəyi düşünülür. Bundan əlavə, “Bennu” digər asteroidlərə nisbətən altı dəfə daha çox ölü ulduz tozu ehtiva edir.
NASA alimlərinin sözlərinə görə, bu kiçik asteroid nümunələri insanlara “başlanğıcın başlanğıcını” araşdırmağa imkan verir və kainatın ən böyük sirlərindən birini açmaq yolunda vacib ipucları təqdim edir.























































