Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
Bu qərarı ilə şirkətinin dəyərini 2 dəfə artıracaq

“SpaceX” və “Tesla” korporasiyalarının qurucusu, ABŞ-də ləğv edilmiş Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) keçmiş rəhbəri, milyarder İlon Mask qlobal gündəmi yenidən silkələyəcək addım atmağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, “SpaceX”in 2026-cı ilin ikinci yarısında ictimaiyyətə açılması (IPO) planlaşdırılır və şirkətin dəyərinin ən azı 800 milyard dollar olacağı gözlənilir.
Bu nəhəng IPO baş tutarsa, Maskın sərvətində tarixi bir sıçrayış olacaq.
IPO bütün şirkəti, o cümlədən, “Starlink”i əhatə edəcək
“The Information” nəşrinin məlumatına görə, “SpaceX” rəhbəri investorlarla görüşlər zamanı IPO-nun “Starlink” də daxil olmaqla, bütün şirkəti əhatə edəcəyini bildirib.
Plan reallaşarsa, İlon Mask dünyanın ən varlı insanı titulunu yalnız “Tesla” və “X” vasitəsilə deyil, həm də “SpaceX” üzərindən daha da möhkəmləndirəcək.
“Wall Street Journal”ın yazdığına görə, “SpaceX” IPO-dan əvvəl ikinci mərhələ səhmlərin satışı ilə hazırkı 400 milyard dollarlıq dəyərini iki dəfə artırmağı hədəfləyir.
Şirkətin maliyyə direktoru Bret Consen son günlərdə investorlarla bu satışın detallarını müzakirə edir. Artımın Maskın şəxsi sərvətinə də əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.






















































