Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 07:49

Neftimiz bahalaşdı

2025-ci ilin sözü bu oldu
2-12-2025, 05:15

2025-ci ilin sözü bu oldu

06 Ara 08:07Manşet / Dünya

Bu qərarı ilə şirkətinin dəyərini 2 dəfə artıracaq

bu-qerari-ile-sirketinin-deyerini-2-defe-artiracaq

“SpaceX” və “Tesla” korporasiyalarının qurucusu, ABŞ-də ləğv edilmiş Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) keçmiş rəhbəri, milyarder İlon Mask qlobal gündəmi yenidən silkələyəcək addım atmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, “SpaceX”in 2026-cı ilin ikinci yarısında ictimaiyyətə açılması (IPO) planlaşdırılır və şirkətin dəyərinin ən azı 800 milyard dollar olacağı gözlənilir.

Bu nəhəng IPO baş tutarsa, Maskın sərvətində tarixi bir sıçrayış olacaq.

IPO bütün şirkəti, o cümlədən, “Starlink”i əhatə edəcək

“The Information” nəşrinin məlumatına görə, “SpaceX” rəhbəri investorlarla görüşlər zamanı IPO-nun “Starlink” də daxil olmaqla, bütün şirkəti əhatə edəcəyini bildirib.

Plan reallaşarsa, İlon Mask dünyanın ən varlı insanı titulunu yalnız “Tesla” və “X” vasitəsilə deyil, həm də “SpaceX” üzərindən daha da möhkəmləndirəcək.

“Wall Street Journal”ın yazdığına görə, “SpaceX” IPO-dan əvvəl ikinci mərhələ səhmlərin satışı ilə hazırkı 400 milyard dollarlıq dəyərini iki dəfə artırmağı hədəfləyir.

Şirkətin maliyyə direktoru Bret Consen son günlərdə investorlarla bu satışın detallarını müzakirə edir. Artımın Maskın şəxsi sərvətinə də əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.