Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

08 Ara 05:46Manşet / Dünya

İsrail prezidenti Trampın əfv təklifinə - Münasibət bildirdi

israil-prezidenti-trampin-efv-teklifine

İsrail Prezidenti İsaak Hersoq ABŞ Prezidenti Donald Trampın korrupsiya ittihamı ilə mühakimə olunan baş nazir Benyamin Netanyahuya əfv verilməsi təklifinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, “Politico” xəbər saytına verdiyi müsahibədə Hersoq, Trampın fikrinə hörmətlə yanaşdığını qeyd etsə də, İsrailin suveren dövlət olduğunu vurğulayıb:

“Hər kəs başa düşür ki, istənilən qabaqlayıcı əfv mahiyyətcə ciddi şəkildə nəzərdən keçirilməlidir. Mən də bu məsələ ilə ciddi məşğul olacağam. Əfv qərarı yalnız “İsrail xalqının rifahı” nəzərə alınaraq verilə bilər. Bu, mənim birinci, ikinci və üçüncü prioritetimdir. Prezident Trampın dostluğuna və fikirlərinə hörmət edirəm. O, girovlarımızın geri qaytarılması və BMT qətnamələrinin icrası üçün cəsarətli addımlar atmış bir liderdir. Lakin İsrail hüquq sisteminə və onun prinsiplərinə hörmət edir”, – deyə əlavə edib.

Xatırladaq ki, Netanyahu ötən həftə əfv üçün rəsmi müraciət etsə də, günahını etiraf etməyib.