Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Şirkət direktoru 110 min manatlıq dələduzluq edib

"Marthvvood" MMC-nin direktoru Teymur Məhərrəmov dələduzluq əməlinə görə cəzalandırılıb.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, ittihama görə o, mebel düzəldəcəyi vədi ilə bir neçə nəfərə qarşı dələduzluq edib. Dəymiş ziyanın ümumi məbləğinin 110 020 manat olduğu müəyyənləşdirilib.
Teymur Məhərrəmov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Teymur Məhərrəmov məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli sayıb.
Məhkəmənin hökmü ilə ona üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Teymur Məhərrəmovun həbsdə saxlanıldığı 11 gün bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Nizamnamə kapitalı 10 manat olan "Marthvvood" MMC 2022-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Teymur İsrail oğlu Məhərrəmovdur. Şirkətin hazırda 7 972,06 manat vergi borcu var.























































