"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
Türkiyədəki hadisələrə görə bu “YouTube” kanalına qadağa - 7,5 milyon izləyicisi var
“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

Finlandiya hökuməti daimi yaşayış icazəsi və vətəndaşlığın verilməsi qaydalarının sərtləşdirilməsini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, qərarlar əcnəbilərin Finlandiya cəmiyyətinə inteqrasiyasını gücləndirməyə yönəlib.
2026-cı il yanvarın 8-dən daimi yaşayış icazəsi üçün minimum fasiləsiz yaşayış müddəti 4 ildən 6 ilədək artırılacaq. Müraciət edənlər Finlandiya və ya İsveç dilini bilməli, ölkədə azı 2 il iş təcrübəsinə malik olmalıdırlar. Sosial müavinətlər məhdudlaşdırılacaq, şərtsiz həbs cəzası isə yaşayış müddətini dayandıracaq.
Yüksək gəliri, Finlandiyada iş təcrübəsi olan ali təhsili və ya güclü dil biliyi olan şəxslər üçün daimi icazə 4 ildən sonra da mümkün olacaq. Finlandiya universitetlərinin məzunları yaşayış müddəti tələbi olmadan, lakin dil şərti ilə daimi icazə ala biləcəklər.
Eyni zamanda, vətəndaşlıq üçün Finlandiya cəmiyyəti, qanunvericiliyi və mədəniyyəti üzrə məcburi test tətbiq ediləcək. Qanun layihəsinin 2027-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.























































