“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Finlandiya Rusiya ilə sərhədi hasara aldı

Finlandiya Rusiya sərhədində tikdiyi 3 kilometrlik hasardan istifadə etməyə başlayıb.
Xarici media xəbər verir ki, bu gündən pilot tətbiqə başlayan Finlandiya Rusiya sərhədindəki mühüm nöqtələrdə 200 kilometrlik hasar çəkməyi planlaşdırır.
Bildirilib ki, Finlandiya 1300 km uzunluğundakı bütün şərq sərhədini hasarlamağı planlaşdırmır, lakin təxminən 200 kilometr hasar çəkməyi planlaşdırır.
Hasarın məqsədinin qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almaq, həmçinin Belarusun Polşa və Finlandiya ilə sərhədində mümkün hibrid hücumların qarşısını almaq olduğu vurğulanıb..
Finlandiya-Rusiya sərhədində hasarın tikintisinə 2023-cü ilin aprelində başlanılıb. Finlandiya Sərhəd Mühafizəsi 3 kilometrlik hasarın ətrafında patrul edir. Sərhəddə hasara alınacaq yeni ərazilərdə işlərə başlanılıb.






















































