Xəbər Lenti
18-04-2026, 17:20
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
18-04-2026, 09:41
Türkiyədəki hadisələrə görə bu “YouTube” kanalına qadağa - 7,5 milyon izləyicisi var
13-04-2026, 09:21
“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
Milad lotereyasında 1,8 milyard dollar uddu

ABŞ-də Milad gecəsi keçirilən lotereya tirajında ölkə tarixinin ən böyük mükafatlarından biri olan 1,8 milyard dolları tək bilet sahibi udub.
“Qafqazinfo” xəbər verir ki, mükafat Arkanzasda satılan bilet vasitəsilə qazanılıb.
Lotereya təşkilatçısının açıqlamasına görə, bazar ertəsi keçirilən tirajda heç bir bilet qalib gəlmədikdən sonra satışlar artıb və mükafat məbləği 1,82 milyard dollara yüksəlib.
Bu, ABŞ tarixində ikinci ən böyük lotereya mükafatı olaraq qeydə alınıb.
Hər biri 2 dollara satılan biletin baş mükafatı qazanmaq şansı 292 milyonda 1 idi. Qalib bilet sahibi iki seçim qarşısındadır: 1,8 milyard dolları 29 il ərzində hissə-hissə almaq, yaxud 834 milyon dolları birdəfəlik götürmək və mükafatdan vergini ödəmək.























































