Xəbər Lenti
Bugün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
“Azərlotereya”nın təşkil etdiyi lotereya oyunlarında böyük uduşlar qazanılıb

"Azərlotereya” tarixində ən böyük uduşu - 913.048 manatı Xaçmaz sakini Kamran Məmmədsəidov 2023-cü ildə "4+4” tirajlı lotereyasında udub.
"Azərlotereya” ASC uğurlu fəaliyyəti nəticəsində ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına, məşğulluğun artırılmasına, sosial layihələr və idmanın inkişafına töhfə verməyə davam edir.
Şirkətimizin təşkil etdiyi oyunlar arasında tirajlı, ani, elektron, virtual idman və virtual lotereyalar, eləcə də idman mərc oyunları üzrə təxminən 100-ə yaxın şans oyunu var. Oyunlarımız arasında mümkün olan ən böyük uduş 1 milyon manatdır və bu uduş "Super Keno”da udula bilər.
Son 3 ildə çox sayda lotereya oyunlarında böyük uduşlar qazanılıb. "Azərlotereya” tarixində ən böyük uduş 2023-cü ildə 913.048 manat - "4+4” tirajlı lotereyasında udulub. Uduşu qazanan Xaçmaz sakini Kamran Məmmədsəidov olub. Daha sonra eyni lotereya oyununda 530.359 manatlıq cekpotu Saatlıda Sakin Hüseynov qazanıb. Ani lotereyalarımızda ən böyük uduşu – 500.000 manatı "Prestij” lotereyasından qazananlardan biri də Hüseyn Bünyatov olub.
Xüsusi vurğulamaq istərdik ki, 3.000 manatdan yuxarı uduşlar ancaq nağdsız qaydada bank köçürməsi yolu ilə ödənilir və həm şirkətimizdə, həm də müvafiq banklarda uduşları əldə edən şəxslər haqqında bütün məlumatlar saxlanılır.
Habelə, şirkətimizin daxili etik davranış və intizam qaydalarına, üzvü olduğumuz və hər il auditindən keçdiyimiz Dünya Lotereyalar Assosiasiyası (WLA) standartlarına görə şirkət əməkdaşlarının şans oyunlarında iştirakı qadağandır. Şirkətdə buna nəzarət etmək üçün müvafiq mexanizmlər yaradılıb.
Belə ki, "Azərlotereya” öz fəaliyyətini şəffaflıq prinsipi əsasında təşkil edərək hər il maliyyə hesabatlarını "Böyük 4-lük” şirkətlərindən biri ilə audit edir, maliyyə hesabatlarını öz rəsmi veb səhifəsində yerləşdirir. Qanunverciliyin tələblərinə əsasən şirkətin fəaliyyətinə tənzimləyici orqan tərəfindən nəzarət edilir.
Şirkətin prosesləri beynəlxalq standartlara görə qurulub və hər il WLA standartlarına uyğunluyu səlahiyyətləndirilmiş qurumlar tərəfindən audit edilir və sertifikatlandırılır.























































