Xəbər Lenti
29-05-2025, 14:38
25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
28-05-2025, 09:43
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
28-05-2025, 09:36
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
27-05-2025, 18:07
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
14 Ara 15:31Cəmiyyət
® Media nümayəndələri İngiltərədə “Poz-Qazan” biletlərinin çap olunduğu fabrikdə
Azərlotereya” ASC ani lotereyaların çap olunduğu "Scientific Games" şirkətinin İngiltərənin Lids şəhərindəki fabrikinə media nümayəndələrinin səfərini təşkil edib.
Nümayəndə heyəti "Scientific Games"in Lidsdəki fabrikində “Poz-Qazan” biletlərinin hazırlanması və çap prosesi ilə tanış olub. Burada lotereya biletləri müasir texnoloji avadanlıqlarla Dünya Lotereyalar Assosiasiyasının standartlarına uyğun şəkildə və insan müdaxiləsi olmadan hazırlanır. Səfərdə iştirak edən jurnalistlər onları maraqlandıran suallara cavab tapıblar.
“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu “Scientific Games”in lotereya sənayesi sahəsində öncül şirkətlərdən olduğunu vurğulayıb: “Azərlotereya” olaraq fəaliyyətimizi operativlik, şəffaflıq, təhlükəsizlik, güvən və “Məsuliyyətli oyun” prinsipləri ilə reallaşdırırıq. Bu məqsədlə dünyanın öndə gələn şirkətlərindən – sahəsində lider olan "Scientific Games"lə əməkdaşlıq edirik.
“Azərlotereya” ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən "Scientific Games"in beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Kevin Anderson məmnunluğunu gizlətməyib: “Azərlotereya” ilə sıx əməkdaşlıq edirik - “Poz-Qazan” ani lotereyaları, bizim texniki dəstəyimizlə təşkil olunan tirajlı lotereyalar, virtual mühitdə oynanılan ani lotereyalar və idman mərc oyunları. Biz bu əməkdaşlıqdan məmnunuq. Şirkətlərimiz arasında əməkdaşlıq səviyyəsi möhtəşəmdir”.
Fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanan “Azərlotereya” ASC qlobal lotereya sənayesində önəmli yer tutan "Scientific Games"lə əməkdaşlıq edir. Lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1973-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Şirkət 50-dən çox ölkə üzrə 130-dan çox lotereya təşkilatçısı ilə əməkdaşlıq edir. “Azərlotereya” ASC-nin bütün ani lotereya biletləri şirkətin Böyük Britaniyada yerləşən fabrikində dizayn və çap edilir.
Qeyd edək ki, “Azərlotereya” ASC şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasının (EL) üzvüdür.
https://www.youtube.com/watch?v=LfQOwv9YiqA&ab_channel=Az%C9%99rlotereyaTV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin