HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
“Atəşgah” Sığorta Şirkəti media nümayəndələri üçün tədbir təşkil edib - Fotolar

“Atəşgah” Sığorta Şirkəti Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə baş ofisində xüsusi tədbir təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə ölkənin aparıcı media qurumlarının rəhbərləri və tanınmış jurnalistlər iştirak ediblər. Qonaqlar əvvəlcə şirkətin departament və şöbələrinin fəaliyyəti ilə tanış olub, iş şəraiti barədə məlumat alıblar. Daha sonra tədbirin rəsmi hissəsinə start verilib.
Tədbirdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Elçin Əhmədov çıxış edib, ardından “Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev media nümayəndələrini təbrik edib.
Tədbirdə Milli Mətbuat Gününə həsr olunmuş videoçarx nümayiş olunub, qonaqlara üzərində “150 il” yazısı olan xatirə yaxa sancaqları və fəxri təltifnamələr təqdim edilib.
Daha sonra “Atəşgah” Şirkətlər Qrupunun 2024-cü il üzrə strategiyası və fəaliyyət istiqamətlərini əhatə edən təqdimat keçirilib. Rəsmi hissə şirkət himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbirin qeyri-rəsmi hissəsində isə media nümayəndələri və şirkət rəhbərliyi birgə nahar edərək səmimi müzakirələr aparıblar. “Atəşgah” Sığorta Şirkəti media ilə səmərəli əməkdaşlığı və qarşılıqlı etimada əsaslanan əlaqələri daim yüksək qiymətləndirir, bu münasibətlərin davamlı inkişafına önəm verir.



























































