bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Artıq bütün avtobuslarda bank kartları ilə ödəniş mümkündür

NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir:
“Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır.
Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır - telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür.
Cihazı validatora yaxınlaşdırmaq kifayətdir - ödəniş dərhal tanınır və əməliyyat tamamlanır. Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər”.






















































