Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
29 Tem 11:00Manşet / İqtisadiyyat
"Revolut" ölkəmizdə pulköçürmə xidmətlərinin aktivləşdirilməsi istiqamətində düşünür - Mərkəzi Bank
Mərkəzi Bank maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində həm ölkə daxilində mailiyyə institutlarının fəaliyyətlərinin aktivləşdirilməsinə, həmçinin də beynəlxalq təşkilatların ölkəmizə gələrək rəqabətli mühitin formalaşdırılması istiqamətində davamlı işlər həyata keçirilir.
Bunu Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov mətbuat konfransı zamanı suallara cavablandırarkən bildirib.
Onun sözlərinə görə, artıq Mərkəzi Bankın sıx çalışdığı layihələr çərçivəsində "Apple" ödəniş xidmətləri gəlib, yaxın zamanlarda "Google" üzrə xidmətlər ölkəmizdə tətbiq olunacaq. "Revolut" təşkilatı tərəfindən Mərkəzi Banka rəsmi sorğu daxil olmayıb.
"İctimaiyyətdən aldığımız məlumatlara görə, "Revolut" təşkilatı ölkəmizdə xidmətlərinin təqdim edilməsi istiqamətində düşünməkdədir. Hazırda Mərkəzi Bank "Revolut" təşkilatı ilə müvafiq danışıqlar aparır və bəllidir ki, onlar ölkəmizdə pulköçürmə xidmətlərinin aktivləşdirilməsi istiqamətində düşünürlər. Yekun qərarlar qəbul olunduğu təqdirdə Mərkəzi Bank tərəfindən əlavə məlumat veriləcək və hazırda bu xidmətlərin gələcəkdə təqdim edildiyi təqdirdə mövcud qanunvericiliyin və gələcəkdə qəbul olunacaq ödəniş xidmətləri, ödəniş sistemləri haqda qanun layihəsinin çərçivəsinə uyğunluğu baxımından qiymətləndirilməsi tərəfimizdən aparılmaqdadır", - Baş direktor qeyd edib.























































