Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Tramp ad gününə görə G7 sammitinin tarixini dəyişdirib?

“Böyük Yeddilik” (G7) sammitinin keçirilmə tarixinə dəyişiklik edilib.
“Qafqazinfo” “Politico” nəşrinə istinadən xəbər verir ki, buna səbəb tədbirin keçirilmə tarixinin ABŞ Prezidenti Donald Trampın ad günü ilə üst-üstə düşməsidir.
Bildirilir ki, builki sammit əvvəlcə 14-16 iyun tarixlərinə planlaşdırılıb. Lakin 14 iyun ABŞ-də Bayraq Günü olmaqla yanaşı, həm də Donald Trampın ad günüdür. Üstəlik, bu il ABŞ lideri 80 illik yubileyini qeyd edir.
Daha əvvəl Tramp 14 iyunda Ağ Evin “böyük UFC döyüşü” keçirəcəyini bəyan edib.
Bu fonda G7 sammitinə ev sahibliyi edəcək Fransa tədbirin tarixinə dəyişiklik edərək, onun 15-17 iyun tarixlərində keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Fransa Prezidenti Emmanuel Makronun ofisi sammitin bir gün gec başlaması ilə bağlı qərarın G7 tərəfdaşları ilə məsləhətləşmələr əsasında qəbul edildiyini bəyan edib. Nəşr isə iddia edir ki, bu qərar məhz Trampın özünə ad günü şənliyi keçirmək planları ilə əlaqədardır.























































