Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Trampın qolf oynamağı ABŞ-ni ziyana saldı

ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində istirahəti yanvarın 20-də Ağ Evə qayıtdığı vaxtdan amerikalı vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “HuffPost” portalı yazıb.
Hesablamalara görə, bu müddət ərzində Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib. Trampın qolf oynaması yüksək xərclər tələb edir. Prezidentin qorumasını təmin etmək üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb edilir.
Nəşr qeyd edib ki, ilk prezidentlik müddətində Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. Nəşr ikinci müddət üçün xərclərin daha çox olacağını ehtimal edir.
Xatırladaq ki, 2024-cü ildə seçki kampaniyası zamanı hazırkı ABŞ Prezidentinə qarşı iki sui-qəsd cəhdi olub, onlardan biri Florida ştatının Uest-Palm-Biç şəhərində, Trampın qolf oynadığı yerin yaxınlığında baş verib.





















































