Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
17-01-2026, 08:17

Neftimiz bahalaşdı

FƏDAKAR ALİM ÖMRÜ
15-01-2026, 14:50

FƏDAKAR ALİM ÖMRÜ

19 Ock 07:43Manşet / Dünya

Qvatemalada fövqəladə vəziyyət elan edildi - SƏBƏB

Qvatemalada fövqəladə vəziyyət elan edildi - SƏBƏB

Qvatemala Prezidenti Bernardo Arevalo cinayətkarlığın kəskin artması səbəbindən ölkədə bir aylıq fövqəladə vəziyyət elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə Qvatemalanın rəsmi televiziyası məlumat yayıb.

Ölkə başçısı xalqa müraciətində fövqəladə vəziyyətin məqsədinin vətəndaşların qorunması və təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, polis və ordu qüvvələri cinayətkar qruplarla mübarizə aparmaq üçün səfərbər olunacaqlar.

Prezident qeyd edib ki, hakimiyyət cinayətkar təşkilatlara güzəştə getmək niyyətində deyil və asayişi bərpa etmək üçün sərt tədbirlər görməyə davam edəcək.

Dövlət başçısı fövqəladə vəziyyətin vətəndaşların gündəlik həyatına, dövlət və özəl qurumların işinə, əhalinin hərəkət azadlığına təsir etməyəcəyinə də əminliyini ifadə edib.