Xəbər Lenti
Dün, 07:52
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
16-11-2026, 18:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
16-11-2026, 12:25
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
13-11-2026, 07:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 15:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Tramp tarixə düşdü

ABŞ Prezidenti Donald Tramp vəzifədə olduğu ilk 100 gün ərzində ölkə tarixində hər hansı digər prezidentdən daha çox milli fövqəladə vəziyyət elan etməklə tarixə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, Ağ Evin rəhbəri artıq səkkiz dəfə fövqəladə vəziyyət elan edib.
Mənbə yazır ki, Tramp ölkədə fövqəladə vəziyyətləri, xüsusilə, son yüz ilin ən böyük tariflərini tətbiq etmək, enerji və faydalı qazıntıların hasilatını sürətləndirmək və cənub sərhədindəki federal torpaqları militarizasiya etmək məqsədilə elan edib.
Qeyd edək ki, ABŞ konstitusiyasına əsasən, prezidentlərə ölkədə fövqəladə vəziyyət elan etmək səlahiyyəti, onun böhran məqamlarında çevik qərarlar qəbul edə bilməsi üçün verilir.























































