Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Aprel döyüşlərinin əfsanəsi – “Murov Qartalı” Raquf Orucov və Milli Qəhrəmanlıq Zirvəsi
Bakıda Hindistanın repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir
Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"
Ailədə bir insanın gərgin olmasının bütün üzvlər üçün fəsadları: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
Rüşvətə görə həbs olunan sabiq zabit barəsindəki hökmdən narazıdır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.
İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılığına dair hərbi biletin verilməsi müqabilində rüşvət tələb edib.
Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə H.Nəbiyev 8 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl Nəbiyev kassasiya şikayəti versə də, onu geri götrmüşdü. İndi o, bu instansiya üzrə təkrar müraciət edib.





















































