Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

24 Ock 07:26Manşet / Dünya

Donald Tramp İlham Əliyevə təşəkkür edib

Donald Tramp İlham Əliyevə təşəkkür edib

"Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana ötən avqustda imzaladığımız Sülh Sazişinə riayət etdikləri üçün təşəkkür etmək istəyirəm".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsindəki hesabında yazıb.

"Bu, mən sonlandırdığım səkkiz müharibədən biri olan çətin bir savaş idi, amma indi rifah və sülh var. Fevral ayında vitse-prezident Vens bizim sülh səylərimizi daha da inkişaf etdirmək və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu irəlilətmək üçün hər iki ölkəyə səfər edəcək", - Tramp yazıb.

O əlavə edib ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirəcək:

"Ermənistanla dinc nüvə əməkdaşlığı üçün gözəl bir Saziş, böyük yarımkeçirici istehsalçılarımız üçün sövdələşmələrvə ABŞ-də istehsal olunan müdafiə avadanlıqlarının, məsələn, zirehli gödəkçələr və qayıqların və daha çoxunun Azərbaycana satışını həyata keçirəcəyik. Təşəkkür edirəm!"

Donald Tramp İlham Əliyevə təşəkkür edib