“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Pakistanda baş verən yanğında ölənlərin sayı 70 nəfəri keçib

Pakistanın cənubundakı Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğından sonra aparılan 10 günlük axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Oxu.Az "Geo" telekanalına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları faciə nəticəsində 73 nəfərin həlak olduğunu bəyan ediblər.
Məlumata görə, indiyə qədər qurbanlardan 23-nün şəxsiyyəti müəyyənləşib.
Yanğın qurbanlarının ailələrinə təxminən 35 min 700 dollar məbləğində ödəniş olunacaq.
Mütəxəssislər qrupu binanın salamat qalmış hissələrinin vəziyyətini qiymətləndirəcək.
Yanğının dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertləri ərazidə işləyirlər.
Xatırladaq ki, yanvarın 17-də əhalinin sıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını üç gün sonra tam söndürmək mümkün olub.






















































