Xəbər Lenti
Dün, 06:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 07:43
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
ABŞ İsrailə 6,5 milyard dollarlıq mümkün hərbi təchizatı təsdiqlədi

ABŞ Dövlət Departamenti ümumi dəyəri 6.5 milyard dollardan çox olan üç müqavilə çərçivəsində İsrailə mümkün hərbi təchizatı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilib ki, müqavilələr təxminən 1.98 milyard dollar dəyərində yüngül taktiki nəqliyyat vasitələrinin və əlaqəli avadanlıqların, eləcə də 3.8 milyard dollar məbləğində "AH-64E Apache" helikopterlərinin satışını əhatə edir. Üçüncü müqavilənin dəyəri 740 milyon dollardır.
Potensial sövdələşmələrdə əsas podratçılar "AM General", "Boeing" və "Lockheed Martin" şirkətləridir.























































