Menu
Xəbər Lenti
12 Şub 05:30Manşet / Dünya

“Bu ölkələrə getməyin” - ABŞ-dən xəbərdarlıq

bu-olkelere-getmeyin

ABŞ Dövlət Departamenti artan qlobal təhlükəsizlik təhdidləri, daxili münaqişələr və terrorizm risklərini əsas gətirərək, səyahət tövsiyə siyahısını yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, Departament 21 ölkəni ən yüksək risk kateqoriyası olan “4-cü Səviyyə”yə daxil edib və ABŞ vətəndaşlarına həmin ölkələrə səfər etməməyi tövsiyə edib.

Dövlət Departamentinin açıqladığı siyahıya Əfqanıstan, Myanma (Birma), İran, İraq, Livan, Şimali Koreya, Suriya, Yəmən, Belarus, Rusiya, Ukrayna, Burkina Faso, Mərkəzi Afrika Respublikası, Liviya, Mali, Niger, Somali, Cənubi Sudan, Sudan, Haiti və Venesuela daxil edilib.

Siyahıya daxil edilən ölkələrin əksəriyyətində davam edən vətəndaş müharibələri, terror təhlükəsi və ya aktiv hərbi münaqişələr mövcuddur. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik və Afrikanın bəzi bölgələrində silahlı qarşıdurmalar qərarın əsas səbəbləri kimi göstərilir.

Dövlət Departamenti vətəndaşlara beynəlxalq səfərlər planlaşdırarkən rəsmi mənbələri izləməyi və təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirməyi tövsiyə edib.

Qeyd edək ki, ABŞ-nin səyahət tövsiyə sistemində 4-cü Səviyyə ən yüksək risk qrupudur. Bu kateqoriyaya daxil edilən ölkələrdə təhlükəsizlik vəziyyətinin son dərəcə qeyri-sabit olduğu bildirilir. Eyni zamanda, vurğulanır ki, fövqəladə hallarda ABŞ hökumətinin vətəndaşlarına yardım göstərmək imkanları məhdud və ya qeyri-mümkün ola bilər.