Xəbər Lenti
Bugün, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
“Yermakı buna görə işdən çıxarmamışam”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədəki korrupsiya qalmaqalını əsas gətirərək keçmiş ofis rəhbəri Andrey Yermakın istefaya göndərilməsini təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, o bu haqda “The Atlantic”ə müsahibəsində danışıb.
“Mən Andrey Yermakı korrupsiya araşdırmasına görə işdən çıxarmadım. Mənim öz səbəblərim var idi", - Ukrayna lideri iddia edir.
Qeyd edək ki, 2025-ci il noyabrın 28-də Zelenskinin ofis rəhbəri Andrey Yermak istefa verib və Zelenski onun vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Ondan bir müddət əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun müstəntiqləri Yermakın evində axtarışlar aparıblar.























































