Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

17 Şub 05:19Manşet / Cəmiyyət

Ailəsi ilə Ağdam şəhərinə qayıdan Fazilə Novruzova: "Anamla çıxdığımız torpağıma anamsız dönmək qismət oldu"

Ailəsi ilə Ağdam şəhərinə qayıdan Fazilə Novruzova: Anamla çıxdığımız torpağıma anamsız dönmək qismət oldu

"30 ildən sonra doğma yurdumuza qayıtmaq çox gözəl bir hissdir".

Oxu.Az xəbər verir ki, bunu Ağdam şəhərinə köç edən Fazilə Novruzova deyib.

O bildirib ki, Ağdamdan məcburi köçkün düşəndə 23 yaşı olub:

"1993-cü ildə Ağdamdan didərgin düşmüşük. Mənim o vaxt 23 yaşım var idi. Orada işləyirdim. Hər şey çox gözəl idi. Hər işimiz nizamlı, qaydasında idi. Gəlib Bakıda məskunlaşmışdıq. Anamla çıxdığımız torpağıma anamsız qayıtmaq qismət oldu. Anam rəhmətə gedib. Övladlarımla birlikdə üç nəfər bu gün yurdumuza qayıdırıq.

Bu günləri bizə yaşadan ölkə rəhbərimizə təşəkkürümü bildirirəm".

Aygün Mirakif