Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

21 Ock 05:18Manşet / Cəmiyyət

"Ən böyük arzum övladlarıma Xankəndidə təhsil verməkdir" - Keçmiş məcburi köçkün

Ən böyük arzum övladlarıma Xankəndidə təhsil verməkdir - Keçmiş məcburi köçkün

"Övladlarıma Xankəndidə təhsil vermək istəyirəm".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Bakıdan Xankəndi şəhərinə köçən keçmiş məcburi köçkün Ülviyyə Quliyeva deyib.

O bildirib ki, indiyə qədər Sabunçu rayonu Ramana qəsəbəsində yaşayıb:

"Xankəndidən valideynlərimlə çıxmışdım. İndi isə ailəmiz altı nəfərdən ibarətdir. Çox sevincliyəm, ailəmlə öz doğma yurduma qayıdıb uşaqlarıma orada təhsil vermək istəyirəm.

Xankəndidə dördotaqlı evlə təmin olunmuşuq. Ən böyük arzum ora çatan kimi şəhəri doyunca gəzməkdir.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün Xankəndi şəhərinə ilk köç karvanı yola salınır. Bu mərhələdə 36 ailə (162 nəfər) öz doğma yurduna köçürülür.

Məlik Məlikov