Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

26 Şub 05:46Manşet / Dünya

“İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək”

iranin-nuve-silahi-elde-etmesine-icaze-verilmeyecek

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İranın nüvə silahı istehsal etməsinə icazə verilməyəcəyini bəyan edib.

“Qafqazinfo”nun xəbərinə görə o bildirib ki, Vaşinqton üçün prioritet diplomatik yoldur, lakin danışıqlar prosesi nəticəsiz qalarsa, digər variantlar da müzakirə mövzusu olacaq.

Vens vurğulayıb ki, ABŞ Prezidenti Donald Trump İran məsələsində aydın mövqe ortaya qoyub:

“Prezidentin mesajı çox aydındır. İran nüvə silahına sahib ola bilməz”.

Vitse-prezident İranın nüvə imkanlarını genişləndirməsinin ABŞ-nin milli təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını deyib və bir çox amerikalının bu mövqeni bölüşdüyünü qeyd edib.

Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və buna ilk növbədə diplomatiya yolu ilə nail olunması hədəflənir.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında İsrail və ABŞ-nin İrana hücumları fonunda dayandırılan nüvə danışıqları sonradan yenidən canlandırılıb. Proses, əsasən, Omanın vasitəçiliyi ilə bərpa olunub.

Tərəflər 6 fevralda Omanda dolayı danışıqlar apararaq təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqların ikinci mərhələsi 17 fevralda Cenevrədə keçirilib. Bildirilib ki, müzakirələrdə müəyyən irəliləyiş əldə olunub və növbəti görüşün 26 fevralda yenidən Cenevrədə təşkili planlaşdırılıb.

İran tərəfi nüvə proqramını atom bombası istehsalının qarşısını alacaq məhdudiyyətlər çərçivəsində davam etdirmək müqabilində sanksiyaların ləğvini tələb edir. ABŞ isə Tehranın uran zənginləşdirmə fəaliyyətlərini tam dayandırmasını və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılmasını istəyir.

Müzakirələrdə zənginləşdirmə səviyyəsinin hansı həddə məhdudlaşdırılacağı, 60 faizə qədər zənginləşdirilmiş təxminən 440 kiloqram uranın taleyi, eləcə də, sanksiyaların mərhələli şəkildə aradan qaldırılması və yoxlama mexanizmlərinin vaxt cədvəli əsas müzakirə mövzuları sırasındadır.