Xəbər Lenti
5-09-2026, 19:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 16:12
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“O ölkələri dərhal tərk edin!” - ABŞ-dən xəbərdarlıq

ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan ABŞ vətəndaşlarını ciddi təhlükəsizlik riskləri səbəbindən olduqları ölkələri mümkün qədər tez tərk etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Departamentin Konsulluq Məsələləri üzrə dövlət katibinin müavini Mora Namdar sosial media hesabında paylaşım edib.
O, region üzrə təhlükəsizlik xəbərdarlığının yeniləndiyini bildirib. M.Namdar Yaxın Şərqdə yerləşən 15 ölkədə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına ehtiyatlı olmağı və mövcud imkanlar çərçivəsində ərazini tərk etməyi tövsiyə edib.
Xəbərdarlıq edilən ölkələr sırasında Bəhreyn, Misir, İran, İraq, İsrail, Fələstin, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən yer alır.





















































