Xəbər Lenti
Bugün, 09:47
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
4-08-2026, 11:53
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Bu ölkə bütün qida məhsulları ixracını qadağan etdi

ABŞ və İsrailin İrana qarşı davam edən hücumları fonunda Küveyt bütün qida məhsullarının ixracına qadağa qoyduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Küveyt Gömrük Administrasiyasının yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, Ticarət və Sənaye Nazirliyinin qərarına əsasən, sərhəd keçid məntəqələrinə, dəniz limanlarına və hava limanlarına qida məhsullarının ixracı ilə bağlı müvafiq təlimatlar verilib.
Bəyanatda vurğulanıb ki, qərara əsasən, bütün qida məhsullarının ixracı dayandırılıb və bütün gömrük məntəqələrinə bu göstərişə ciddi əməl etmək tapşırılıb. Qərarın məqsədinin ölkənin qida təhlükəsizliyini qorumaq və yerli bazarın sabitliyini təmin etmək olduğu qeyd olunub.






















































