Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
29 Ock 19:40Cəmiyyət
Gürcüstan mütəxəssislərinə qida sahəsində tətbiq olunan yeniliklər barədə məlumat verilib
Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun və Gürcüstan Milli Qida Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Gürcüstan Milli Qida Agentliyinin təmsilçilərinə bu il yanvarın 1-dən Azərbaycanda qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda əksini tapan, o cümlədən qida məhsullarının qeydiyyatı, markalanması və digər məsələlərlə əlaqədar yeniliklər barədə məlumat verilib.
Qeyd edilib ki, yeni qanuna əsasən, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Yeni qanunla qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilmir və bu cür məhsulların idxalı, istehsalı mümkün deyil. Həmçinin markalanmasında Azərbaycan dilində məlumatlar olmayan qida məhsullarının idxalına və dövriyyəsinə qadağa qoyulub. Bununla yanaşı, markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilmir. Eyni zamanda bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib. Bütün qida və yem məhsulları məhsul idxal edilməmişdən əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, eləcə də idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılır.
Yeniliklər barədə məlumatlar dinlənildikdən sonra görüşdə qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparılıb və təkliflər səsləndirilib.