İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
“İranın xəritəsi dəyişə bilər”

“İranın xəritəsi dəyişə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Floridaya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İrandakı əməliyyatlar başa çatdıqdan sonra ölkənin xəritəsinin əvvəlki kimi qalacağına əmin deyil”, - o qeyd edib.
Tramp bildirib ki, müharibəni daha da mürəkkəbləşdirməmək üçün kürdlərin İrandakı müharibəyə cəlb olunmasını istəmir.
“Biz kürdlərlə çox dostcasına münasibətdəyik, lakin müharibəni indikindən daha mürəkkəb etmək istəmirik. Buna görə də kürdlərin ora getməsini istəməməyə qərar verdim”, – o vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, İran hər gün hücumlarının miqyasını azaldır və ağır itkilər verir. Onun sözlərinə görə, rəsmi Tehran sonda təslim olmaq məcburiyyətində qala bilər.
Tramp həmçinin İranın Yaxın Şərq ölkələrinə qarşı hücumlarına görə üzr istədiyini spyləyiv və bildirib ki, bu vəziyyət ABŞ və regiondakı müttəfiqləri üçün qələbə kimi qiymətləndirilə bilər.
“Onlar üzr istədilər və bundan sonra nə olacağını görəcəyik. Amma bu, böyük itkidir. Bu, tam bir təslimiyyətdir”, – deyə Tramp qeyd edib.























































