QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“Silahları yerə qoysunlar, yoxsa ölümlə qarşılaşacaqlar”

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yayımladığı 6 dəqiqəlik videoda ABŞ və İsrailin İrana qarşı əməliyyatlarını şərh edib.
“Qafqazinfo” xəbər verir ki, o bildirib ki, ötən iki gün ərzində İranın hərbi komandanlıq korpusuna aid yüzlərlə obyekt vurulub, 9 gəmisi məhv edilib və Ali lideri öldürülüb.
O, İranın bütün hərbi rütbəlilərinin “zərərsizləşdirildiyini” iddia edib və qalan qüvvələrin təslim olmaq istədiyini qeyd edib:
“Hazırda savaş əməliyyatları bütün gücü ilə davam edir və bütün hədəflərimizə çatana qədər davam edəcək. Çox böyük hədəflərimiz var. İki həftə əvvəl bir şey edə bilərdilər, amma bunu bacarmadılar”.
Trump əlavə edib ki, əməliyyatlarda artıq 3 ABŞ əsgəri ölüb və gələcəkdə daha çox itki ola bilər, lakin mümkün qədər bunun qarşısını almaq üçün bütün tədbirlər görülür. O, İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini və buna qarşı mübarizə apardıqlarını vurğulayıb. Prezident həmçinin SEPAH-a və İran xalqına müraciət edib:
“İran ordusu və polis qüvvələrinə bir daha tövsiyə edirəm ki, silahlarını yerə qoysunlar və tam toxunulmazlıq əldə etsinlər, yoxsa ölümlə qarşılaşacaqlar. Azadlıq istəyən bütün vətənpərvərləri cəsarətli və qəhrəman olmağa və ölkələrini geri almağa çağırıram. Amerika yanınızdadır”.






















































