Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
“Bu, neft qiymətlərini aşağı salacaq”

“Beynəlxalq Enerji Agentliyi (BEA) tərəfindən əlaqələndirilən 400 milyon barel Strateji Neft Ehtiyatının bazara buraxılması qlobal neft qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kentukki ştatında çıxış zamanı deyib.
O, Yaxın Şərqdə baş verən münaqişələrin enerji bazarına təsirindən danışıb.
ABŞ Prezidenti bildirib ki, BEA-ya üzv ölkələr rekord həcmdə - 400 milyon barel strateji ehtiyatın buraxılması barədə razılığa gəlib. Onun sözlərinə görə, bu addım bazarda qiymətlərin aşağı düşməsinə kömək edəcək.
“Bu, neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salacaq. Qiymətlər artıq düşməyə başlayıb və düşməyə davam edəcək. Bu proses bitənə qədər geri çəkilməyəcəyik”, – deyə Tramp vurğulayıb.
Tramp ABŞ-nin öz Strateji Neft Ehtiyatından istifadə edib-etməyəcəyi ilə bağlı suala da münasibət bildirib. O qeyd edib ki, ehtiyatlardan istifadə ediləcək və daha sonra yenidən doldurulacaq.
“İndi ehtiyatları bir qədər azaldacağıq və bu, qiymətləri aşağı salacaq”, – deyə ABŞ Prezidenti əlavə edib.
Qeyd edək ki, bir gün əvvəl Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih Birol təşkilata üzv ölkələrin Strateji Neft Ehtiyatlarından ümumilikdə 400 milyon barel neftin bazara buraxılması barədə razılığa gəldiyini açıqlayıb. Bu həcm təşkilat tarixində ən böyük ehtiyat buraxılışı hesab olunur.























































