Xəbər Lenti
13-05-2026, 16:14
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
11-05-2026, 15:33
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
10-05-2026, 17:09
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
10-05-2026, 16:06
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
10-05-2026, 09:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Tramp Putinlə görüşü ləğv etdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşün Vaşinqton tərəfindən ləğv edildiyini açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Bunu düzgün hesab etmədim”, – deyə Tramp görüşün ləğv səbəbi barədə bildirib.
Prezident əlavə edib ki, Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyaların sərtləşdirilməsi qərarı da təsadüfi deyil. Onun sözlərinə görə, bu addımın vaxtı artıq yetişmişdi.
Tramp, həmçinin, yeni neft sanksiyalarının Vladimir Putini düşünməyə vadar edəcəyinə ümid etdiyini vurğulayıb.





















































