Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Bu vərdişi tərgitsəniz, yaxşıdır - “5 dəqiqə də...”

Səhər zəngli saat çalanda çoxumuz üçün “beş dəqiqə daha” demək artıq adi hala çevrilib. Lakin araşdırmalara görə, bu sadə görünən vərdiş gün ərzindəki yorğunluğumuzun əsas səbəbi ola bilər.
“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, səhərlər zəngli saata reaksiyanı təxirə salmağın aşağıdakı zərərləri ola bilər:
- Səhərlər zəngli saatı söndürüb hissə-hissə oyanmaq yorğunluğumuzu artıra bilər. Beləliklə, gün ərzində heç dincəlməmiş kimi hiss edərsiniz;
- Təxirəsalma günə tələsik, panik və planlaşdırılmamış başlamağınıza səbəb olur;
- Tez-tez yarıda kəsilən yuxu bədəni stressləndirir;
- Hər gün bir neçə dəqiqəlik olsa belə, fərqli vaxtlarda oyanmaq bədənin daxili saat balansını poza bilər.






















































