Menu
Xəbər Lenti
Ağstafaya sel gəldi
Dün, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

25 Mrt 07:52Manşet / Cəmiyyət

Bu vərdişi tərgitsəniz, yaxşıdır - “5 dəqiqə də...”

bu-verdisi-tergitseniz-yaxsidir

Səhər zəngli saat çalanda çoxumuz üçün “beş dəqiqə daha” demək artıq adi hala çevrilib. Lakin araşdırmalara görə, bu sadə görünən vərdiş gün ərzindəki yorğunluğumuzun əsas səbəbi ola bilər.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, səhərlər zəngli saata reaksiyanı təxirə salmağın aşağıdakı zərərləri ola bilər:

- Səhərlər zəngli saatı söndürüb hissə-hissə oyanmaq yorğunluğumuzu artıra bilər. Beləliklə, gün ərzində heç dincəlməmiş kimi hiss edərsiniz;

- Təxirəsalma günə tələsik, panik və planlaşdırılmamış başlamağınıza səbəb olur;

- Tez-tez yarıda kəsilən yuxu bədəni stressləndirir;

- Hər gün bir neçə dəqiqəlik olsa belə, fərqli vaxtlarda oyanmaq bədənin daxili saat balansını poza bilər.